Saray qəsəbəsində 3 kişi dəm qazından dünyasını dəyişib. Bu haqda bu gün, 7 yanvar tarixində Oxu.Az məlumat yayıb.
Ehtimal olunur ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı naməlum şəxs zəhərləniblər. Onlar bu evdə kirayə qalırdılar.
Faktla bağlı araşdırma aparılır.