Saray qəsəbəsində narkotik təsiri altında avtomobil idarə edən şəxs 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Bu haqda Report-a istinadən xəbər veririk.
Yol Polisi İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, qəsəbə ərazisində yerləşən daimi postda Şirvan şəhər sakini Abbasqulu Şadlinski saxlanılıb. Onun, idarə etdiyi “Renault” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu bildirilib.
Daha sonra isə, polis əməkdaşları Abbasqulunun narkotik vasitə qəbul etdiyini müəyyən ediblər. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələri ilə protokollar tərtib olunub.