Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 7 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DIN) istinadən xəbər verir.
Hadisə gecə saatlarında qeydə alınıb. Bakı şəhər sakini A. Hətəmi idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini E. Mürsəlovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.