top
Sarayda kişi ailəsini qorxudan sürücünü DÖYDÜ
31 oktyabr 2025, 12:46
- +

Sarayda kişi ailəsini qorxudan sürücünü DÖYDÜ

Sarayda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin avqustun 8-də rayonun Saray qəsəbəsində baş verib. Mingəçevirşəhər sakini, 1994-cü il təvəllüdlü Xalid həmin gün saat 15 radələrində ToyotaPrius markalı avtomobili  ilə hərəkətdə olarkən"VAZ 2105" markalı maşının sürücüsü Səfərin qəza şəraiti yaratdığını görüb. O, onunla maşında olan ailə üzvlərinin qorxduğunu bəhanə edib və zərərçəkmişşəxsin avtomobilini saxlatdırıb. Bu zaman Səfər ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı özündən fiziki cəhətdən zəif və ahıl yaşlı zərərçəkmiş şəxsin sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 8-də, təxminən günorta saatlarında Duz gölünün kənarında avtomobillə hərəkətdə olarkən zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun qarşısına keçib və qəza şəraiti yaradaraq, ötmə əməliyyatı həyata keçirib:  "Mən qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sağa döndərdim. Bu an avtomobildə olan həyat yoldaşım və azyaşlı oğlumun başı qapıya dəyərək, əzildi.Bundan əsəb keçirdim və maşını saxladım, digər avtomobildə oturaq halda olan sürücüyə yaxınlaşdım. İlk olaraq sillə ilə onun sifət nahiyəsindən vurdum. İlk olaraq şillə ilə onun sifət nahiyəsindən vurdum. Daha sonra isə onun avtomobilinin kapotuna yumruqla bir dəfə vurdum. Bu əməli törətdikdən sonra avtomobilimə əyləşərək oradan uzaqlaşdım".  Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin baş verməsində günahkar olduğunu etiraf edir: "Hadisədən sonra dəfələrlə qohumlarım, qardaşım və özüm həmin şəxsdən üzr istəmişik. Əməlimdən peşman olduğumu zərərçəkmişə bildirmişəm və ona müəyyən maddi dəstək göstərmək istəmişəm. Lakin zərərçəkmiş şəxs üzrxaqlığı və maddi yardımı qəbul etməyib. Mənimlə barışmayacağını bildirib". İş üzrə zərərçəkmiş Səfərin sözlərinə görə, avqustun 8-də "VAZ 2105" markalı avtomobillə Duz gölü kənarındakı yolda hərəkətdə olarkən qarşısında olan "Toyoto Prius" markalı avtomobili ötmək istəyib:  "Həmin avtomobili keçdikdən bir qədər sonra həmin sürücü önümü kəsərək məni dayandırdı. Bundan sonra adını bildiyim Xalid mənə məxsus avtomobilə tərəf gəldi və mənə "bu necə maşın sürməkdir?" ifadəsini işlətdi. Sonra pəncərədən sifət nahiyəmə bir neçə dəfə yumruqla, sol qulaq nahiyəmə və ağız nahiyəmə xəsarət yetirdi. Həmin xəsarətlər nəticəsində mənim həm protezim, həm də əlimdə olan telefonum sındı. Xəsarət almama səbəb olan hərəkətlərlə kifayətlənməyən həmin şəxs maşınımı təpiklə vuraraq zədələdi. Bundan sonra avtomobilinə minərək, oranı tərk etdi. Mən ilk olaraq baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Daha sonra isə Saray Polis bölməsinə gedərək, şikayət ərizəsi yazdım. Hadisə nəticəsində mənə 10 min manat məbləğində maddi ziyan dəyib. Mənə vurulmuş maddi və mənəvi zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçiyəm". Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub. Bundan başqa, onun həmin müddət ərzində saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməməsi tapşırılıb. Əlavə olaraq ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifə öhdəliyi qoyulub.

Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etməsi və ya belə tədbirlərdə iştirak etməsi qadağan edilib.

 

Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

 

Protestə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin olunub və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

 

Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.

 

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.




Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
Dünən, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
Dünən, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda REAL TƏHLÜKƏYƏ çevrilən yataqxana

Bütün xəbərlər
Dünən, 12:07

Sumqayıtda qətllə nəticələnən görüşün pərdəarxası – 18 il həbs

Bütün xəbərlər
Dünən, 11:31

Tədris ilinin başlaması ilə bağlı iki qurumdan birgə məlumat

Bütün xəbərlər
Dünən, 10:53

Heyvanların erkən kəsiminin qarşısını almaq üçün subsidiya tətbiq edəcək

Bütün xəbərlər
Dünən, 10:04

Füzulidə yüksəklik və kəndlərin alınmasında rolu olan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:17

Sumqayıta bu gün yağış yağa bilər

Bütün xəbərlər
05 sentyabr 2026, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
05 sentyabr 2026, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
05 sentyabr 2026, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
05 sentyabr 2026, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
05 sentyabr 2026, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
05 sentyabr 2026, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
05 sentyabr 2026, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

Oxşar xəbərlər