Saray qəsəbəsində ağır qəza baş verib. Sumqayıt24 bu haqda 28 mart tarixində Apa.az-a istinadən xəbər verir.
Dünən axşam saatlarında “Mercedes” markalı minik və “İveco” markalı yük maşını toqquşub. Nəticədə 5 yaşlı Zəminə Hüseynli, 16 yaşlı Məryəm Allahverdiyeva və 49 yaşlı Afət adlı şəxs dünyalarını dəyişiblər.
Həmçinin 4 yaşlı Mehdi Hüseynli, 7 yaşlı Hüseyn Hüseynli, 39 yaşlı Nərminə Hüseynova və 34 yaşlı Nurəngiz Hüseynli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırdı. O, Azərbaycana sənəd düzəltmək üçün gəlmişdi.