Saray qəsəbəsində vətəndaşlara satmaq öhdəliyi ilə yeni kirayə mənzillər təklif ediləcək. Bu haqda 14 iyun tarixində Sumqayıt24 Report.az-a istinadən verir.
İpoteka və Kredit Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib:
"Mayın 23-də Saray qəsəbəsinin M. Əsədov küçəsində təqdim etdiyimiz 328 tam təmirli mənzili 10 gün ərzində vətəndaşlarımız seçdilər və rəsmiləşdirmə yekunlaşmaq üzrədir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq həmin ərazidə yeni mənzillərin kirayə mexanizmi çərçivəsində yaxın vaxtlarda təklif edilməsi nəzərdə tutulur".