Saray qəsəbəsində tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələr hazırlanıb. Sumqayıt24 bu haqda 4 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov gizli sexdə insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar.
Onlar Bakı şəhərinin Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə yuyucu vasitələrin topdansatışını təşkil ediblər.
Sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwoll", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və s. əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. [modula id="54156"]