Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 6-cı debat-natiqlik turniri keçirilib. Bu haqda 22 may tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
Tələbə Gənclər Təşkilatının Debat klubunun təşkil etdiyi turnir “Ölkələrin iqtisadi inkişafında insan kapitalı təbii sərvətlərdən daha önəmlidir” mövzusunu əhatə edib.
Turnirdə 14 komanda iştirak edib. Final mərhələsində Riyaziyyat fakültəsinin “Eros”, Kimya və biologiya fakültəsinin “Texniki qalibiyyət” komandaları qarşılaşacaqlar.
Debatın keçirilməsinin əsas məqsədi tələbələrin gələcək layihə və təlimlərə cəlb olunmasını təmin edərək peşəkar debatçıların yetişdirilməsinə köməklik göstərilməsindən ibarətdir.