Sumqayıtın bəzi ərazilərində pandusların qarşısında avtomobillərin park edilməsinə tez-tez rast gəlinir.
Sumqayit24.az-a bu barədə sakinlər məlumat veriblər.
Qeyd olunub ki, xüsusilə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən pandusun qarşısında avtomobillərin saxlanılması hərəkətdə çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, bu hal əlilliyi olan şəxslərin və uşaq arabası ilə hərəkət edənlərin pandusdan istifadəsini çətinləşdirir.
Onlar aidiyyəti qurumlardan məsələnin diqqətdə saxlanılmasını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini tələb edirlər.