Sumqayıt Dövlət Universitetində (SDU) “Yaşıl dünya naminə həmrəylik” forumu keçiriləcək. Bu haqda 3 may tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil olunan tədbir mayın 14-də saat 10:00-da baş tutacaq. Forumda dövlət strukturları, özəl təşkilat və müəssisə rəhbərlərinin iştirakı gözlənilir.