Sumqayıtda irimiqyaslı tədbir təşkil olunub.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetində (SDU) “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konfransı başlayıb. Təhsil ocağının rektoru Rüfət Əzizovun sözlərinə görə, Azərbaycandan 44, xaricdən 8 ATM və institutunun doktorant və gənc tədqiqatçılarının tezisi qəbul edilib:
"Ümumilikdə 482 müraciət daxil olub. Onlardan qiymətləndirmə tezislərinin sayı 302, qəbul edilən tezislərin sayı isə 251-dir. Ümumilikdə 14 ali təhsil müəssisəsindən müraciətlər daxil olub.
İlk beşlikdə Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetidir".