Sumqayıt Dövlət Universitetində (SDU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu barədə 2 fevral tarixində Sumqayıt24 xəbər verir.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil etdiyi tədbirdə SDU-nun rəhbərliyi və tələbə heyəti ulu öndər Heydər Əliyevin büstü önünə və şəhid tələbə və məzunların xatirə abidəsinə gül dəstələri düzüblər.
Sonra təhsil ocağının “Gənclik” kafesində SDU-nun rektoru, professor Elxan Hüseynov gəncləri təbrik edib, onlara uğurlu gələcək arzulayıb. Bir qrup fəal gənc həm rektor, həm də THİK tərəfindən fəxri fərmanlarla təltif olunub.