Sumqayıt Dövlət Universitetində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması və səmərəli fəaliyyətinə dair növbəti görüş keçirilib. Bu haqda 28 iyul tarixində təhsil ocağına istinadən məlumat veririk.
Tədbir sözügedən universitetin kiçik Akt zalında baş tutub. Tədbiri SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamlayıb. O, mərkəzlərinin yaradılmasının əhəmiyyətindən danışıb.
Görüşün sonunda SDU-da yaradılacaq mərkəz ilə müəssisələr arasında gələcək əməkdaşlıq barəsində müzakirələr aparılıb. Həmçinin müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi qərara alınıb. Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə işçi, mentor və ekspert qrupları yaradılıb.