top
SDU-da mediasiya mövzusunda tədbir baş tutub
05 aprel 2023, 23:19
- +

SDU-da mediasiya mövzusunda tədbir baş tutub

Sumqayıtda “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik?” mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində xəbər verir.

Tədbir Sumqayıt Dövlət Universiteti (SDU) və Mediasiya Şurası tərəfindən təşkil olunub. Burada professor-müəllim və tələbə heyəti ilə yanaşı, Mediasiya Şurasının üzvləri - Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və həmin təşkilatın mediatoru Elçin Hüseynov iştirak ediblər.

Məruzə edən SDU-nun baş hüquqşünası, dosent Əminə Həsənova sosial leksikonumuza yeni daxil olan mediasiya barədə ətraflı məlumat verib.  Əminə Həsənova mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli yolu olduğunu diqqətə çatdırıb, proses zamanı tərəflərin mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla öz mövqeyini yenidən qiymətləndirmək və barışıq imkanları qazanmaq fürsəti kimi dəyərləndirib.

Bildirilib ki, mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Bu istiqamətdə ölkəmizdə hüquqi baza yaradılıb.

1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və mediatoru Elçin Hüseynov mövzu üzrə çıxış ediblər. “Cəmiyyət, mediasiya dövrünün adaptasiya mərhələsini yaşayır”- deyən Etibar Həsənov mediasiyanın populyarlaşması üçün maarifləndirmə işinin vacibliyini vurğulayıb. Xüsusilə gənclərin oynaya biləcəyi roldan danışıb.

Mediator Elçin Hüseynov mediasiyanın mülki, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparıldığını qeyd edib.

Sonda mediasiyanın əlçatanlığı, rüsumlar, nikah müqaviləsinin bağlanılması, vərəsəlik hüququ, alimentlərin verilməsi və digər mövzularla bağlı tələbələrin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
16 sentyabr 2026, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
16 sentyabr 2026, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
16 sentyabr 2026, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
16 sentyabr 2026, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər