Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru dosent Rüfət Əzizov ali təhsil ocağı ilə əməkdaşlıq etdiyi müəssisələrin nümayəndələri ilə görüşüb. Bu haqda 16 mart tarixində Sumqayıt24 xəbər verir.
Novruz bayramı ərəfəsində təşkil olunan görüşdə “STP”, “SOCAR Polymer”, “Giltex”, “Technoil”, “Bravo”, 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi, “Kapital Bank”, Sumqayıt Dünya məktəbinin nümayəndələri iştirak ediblər.
Çay süfrəsi ətrafında toplaşan iştirakçılar müəssisələrlə qarşılıqlı əlaqələrin indiki səviyyəsi, əməkdaşlığın genişlənməsi və gələcək perspektivləri müzakirə ediblər.