Sumqayıt Dövlət Universitetində (SDU) akkreditasiya qaydalarına dair təlim keçirilib. Bu barədə 23 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Keyfiyyət təminatı şöbəsi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan seminarda universitetin struktur rəhbərləri iştirak ediblər. SDU-nun prorektoru professor Ramazan Məmmədov onlara akkreditasiya prosesinin əhəmiyyətindən danışıb.
Daha sonra, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov özünütəhlil hesabatının yazılması, hesabat zamanı tələb olunan sənədlər barədə geniş məlumat verib.
Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.