Sumqayıt Dövlət Universitetinin (SDU) Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşları maliyyə uçotu üzrə 6 aylıq təlimlərə qatılıblar. Bu haqda 23 iyul tarixində Sumqayıt24 xəbər verir.
Beynəlxalq standartlara əsaslanan seminarlar İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən təşkil olunub.
Təlimlər boyu əldə edilən biliklərin qiymətləndirilməsi ilə bağlı yekun imtahan keçirilib. İmtahanda dosent Dilarə Əmiraslanova və assistent Səmirə Seyidova uğurlu nəticə göstərərək fərqlənmə sertifikatına layiq görülüblər.
Baş müəllimlər: i.f.d. Röya Qurbanova, Çiçək Nəcəfova, Hicran Köçərli, Sədaqət Əliyeva və böyük laborant Nuranə Bağırova da müvəffəqiyyət sertifikatı əldə ediblər.