top
SDU-nun gənc ekoloqları sənaye müəssisələrinə ekskursiyaya gediblər
29 mart 2023, 03:35
- ↺ +

SDU-nun gənc ekoloqları sənaye müəssisələrinə ekskursiyaya gediblər

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri üçün ekskursiya təşkil olunub. Sumqayıt24 bu haqda 29 mart tarixində xəbər verir.

Ekologiya mühəndisliyi və Ekologiya ixtisasları üzrə təhsil alan 25 nəfər bakalavr və magistrant “Azərkimya” İB-yə gediblər. İlk növbədə onlar təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıblar.

Sonra İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin böyük mühəndisi İlham Məhərrəmov qonaqları istehsal prosesi ilə tanış edib. Müəllim və tələbələrə ayrı-ayrı sexlərdə gedən proseslər, o cümlədən alınan yan məhsullar və tullantıların utilizasiyası haqqında məlumat verilib.

Kimya və biologiya fakültəsinin ekoloq tələbələrdən ibarət növbəti qrupu isə Ekologiya kafedrasının əməkdaşlarının müşayiəti ilə Aqrar Xidmətlər Agentliyində ekskursiyada olublar. Agentliyin direktoru Əli İbrahimov onlara təşkilat barədə məlumat verib, sonra isə şöbələrə yönləndirib.

“Təmiz Şəhər” ASC-nin üç müxtəlif istehsal müəssisələrinə də maraqlı ekskursiya təşkil olunub. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Orxan Cabbarovun müşayiəti ilə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tələbələr məişət tullantılarının utilizasiyası, istehsalatın iş prinsipi ilə tanış olub, daha sonra isə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna yola düşüblər. Onlar tullantıların vaxtaşırı zavoda daşınması, emalı prosesini, həmçinin çeşidlənməni həm monitorlarla, həm də əyani olaraq görüblər.

Balaxanı sənaye parkı ilə tanışlıq zamanı gənc ekoloqlar tullantılardan müxtəlif çeşidli hazır məhsulların (məmulatların, qabların və s.) alınması prosesini də müşahidə ediblər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin xronikası: 7 oktyabr

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda sabah hava yağışlı olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 17:45

Ceyranbatanda məktəb qarşısında narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 17:38

"Stansiya Sumqayıt"dakı yanğın söndürüldü

Bütün xəbərlər
Dünən, 17:15

Sanksiya qoyulan Sumqayıt şirkəti bağlanır

Bütün xəbərlər
Dünən, 16:45

Korrupsiyanı ifşa edənə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Bütün xəbərlər
Dünən, 16:15

Korrupsiya barədə məlumat verənlər üçün yeni QAYDA: 20 min manat veriləcək

Bütün xəbərlər
Dünən, 15:45

Ötən yay rekord istilərlə yadda qaldı

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda "kartlar səhv düşüb" deyib yaşlı qadını aldatdı

İdman
Dünən, 14:35

"Sumqayıt" rəsmisi stadionla bağlı: "Azarkeşlərimizdən səbrli olmalarını xahiş edirəm"

İdman
Dünən, 14:05

Xədicə Qədəşova dünya çempionatı ilə erkən vidalaşıb - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 13:35

Sumqayıt və Saray sakinlərini Bakıya aparan yolun VƏZİYYƏTİ

Bütün xəbərlər
Dünən, 13:00

Sarayda tələbənin ölümünə səbəb olan qəza: sürücülük hüququ yox imiş

Bütün xəbərlər
Dünən, 12:30

"Kim çevikdirsə, o minir" – 594-də acınacaqlı vəziyyət - VİDEO

Bütün xəbərlər
Dünən, 12:00

Polisin hava ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ

Bütün xəbərlər
Dünən, 11:30

Ceyranbatanda toyda öldürülən şəxsin qonşusu DANIŞDI

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda Müəllimlər Günü belə qeyd olundu

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda bu məktəbə direktor təyinatı

Bütün xəbərlər
Dünən, 09:20

"İşlək yoldur, amma..." - sumqayıtlılardan NARAZILIQ

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 10-cu günü – XRONİKA

Bütün xəbərlər
05 oktyabr 2026, 18:30

İki min yerlik Saray məktəbində altı min şagird oxuyur? - AÇIQLAMA

Bütün xəbərlər
05 oktyabr 2026, 17:59

ABŞ ordusunda xidmətə başlayan sumqayıtlı xanım - MÜSAHİBƏ

Bütün xəbərlər
05 oktyabr 2026, 17:57

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

İdman
05 oktyabr 2026, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

Oxşar xəbərlər