Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına ali mükafat verilib. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Prezident İlham Əliyev təhsil ocağının 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə onları “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medallarına layiq görüb. Dekabrın 22-də isə elm və təhsil naziri Emin Əmrullayev həmin mükafatları sahiblərinə təqdim edib.