Sumqayıt Dövlət Universitetininin IV kurs tələbələrinin istehsalat təcrübəsi yekunlaşıb. Sumqayıt24 bu haqda 24 may tarixində xəbər verir.
“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda keçirilən təcrübə dövründə tələbələr aidiyyəti şöbələrin təlimlərinə qatılıb, təqdimatlar dinləyiblər. Onlara nəzəri biliklərini müvafiq şöbələrdə təcrübi olaraq daha da təkmilləşdirmək imkanları yaradılıb.
Sonda baş tutan tədbirdə tələbələr istehsalat təcrübəsi müddətində qazandıqları bilik və bacarıqlarını təqdimatlarla nümayiş etdiriblər.