Sumqayıtda oxuyan gənc “Əski Azərbaycan Əlifbası” kursundan məzun olub. Sumqayıt24 bu haqda 16 iyul tarixində xəbər verir.
Sözügedən proqram “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilib. Kursu bitirən Sumqayıt Dövlət Universiteti (SDU) Filologiya fakültəsinin tələbəsi Kənan Alıyevin sertifikatını rektor Rüfət Əzizov təqdim edib.