Sumqayıt Dövlət Universitetində (SDU) yeni təyinat olub. Sumqayıt24 bu haqda 27 aprel tarixində xəbər verir.
Yeni SABAH Magistratura Proqramları üzrə rektor müşaviri vəzifəsi 33 yaşlı Günay Kazımzadəyə tapşırılıb. O, İnformasiya Texnologiyaları sahəsində uğur qazanan azsaylı xanımlardan biridir.
G. Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, "Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi olub.
Yeni müşavir Prezident mükafatçısı, TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır.
Kazımzadə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Tətbiqi riyaziyyat, Bonn Universitetində Kompüter elmləri üzrə təhsil alıb.
Hazırda Berlin Texniki Universitetində Kompüter Elmləri-Süni İntellekt ixtisası üzrə doktorantura təhsili alır.
Günay xanım Almaniyanın Vayzenbaum İnstitutunda tədqiqatçı olaraq Süni Zəka, İnklüzivlik və Qərəzlilik mövzusunda araşdırmalar aparır. Avropa və Amerikada 100-dən çox elmi-texniki konfranslara dəvət alıb, çıxışlar edib.
O, Lütfi Zadəyə həsr olunmuş “Rəqəmsal İdarəetmə üçün Süni İntellekt” üzrə beynəlxalq konfrans və data müsabiqəsinin təşkilat komitəsinin rəhbəri olub.