top
SDU Türkiyənin Universiteti ilə əməkdaşlığa BAŞLAYIB
15 avqust 2025, 00:23
- ↺ +

SDU Türkiyənin Universiteti ilə əməkdaşlığa BAŞLAYIB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universitetində (SDU) Türkiyə Respublikasının Bayburt Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Sumqayit24.az xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, SDU-nun rektoru v.i.e., professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen, Beynəlxalq əlaqələr üzrə müşaviri dos. Umut Yıldırım və SDU-nun digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbiri açan professor Əminağa Sadıqov qonaqları salamlayaraq, son illər Azərbaycanın elm və təhsil sistemində həyata keçirilən islahatlarından və tətbiq olunan yeniliklərdən bəhs edib.

O, qeyd edib ki, dövlətimiz universitetlərə tam müstəqil fəaliyyət imkanı yaratmaqla yanaşı onların maddi-texniki təchizatına və beynəlxalq əlaqələrinin, o cümlədən təqaüd və ikili diplom proqramlarının həyata keçirilməsinə hərtərəfli dəstək verir. Türkiyə universitetiləri ilə bu istiqamətdə əməkdaşlığın səviyyəsi və miqyası xüsusi çəkiyə malikdir.

Sonra Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinin Azərbaycanın ali təhsil sistemindəki yerindən və əhəmiyyətindən danışıb. O, qeyd etdi ki, SDU bu gün nüfuzlu QS Dünya Universitetləri Reytinqində yer alan 9 Azərbaycan universitetindən biridir və 65 illik tarixi ərzində ölkənin sənayesi və digər sahələri üçün minlərlə ixtisaslı kadr yetişdirib. Sumqayıtın sənaye şəhəri olması SDU-nun tələbələri və məzunları üçün xüsusi imkanlar yaradır.

Daha sonra çıxış edən Bayburt Universitetinin rektoru, professor Mutlu Türkmen rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verərək, universitetin fakültələri, tədris istiqamətləri və beynəlxalq əməkdaşlıq layihələrindən bəhs edib.

Görüşün sonunda Sumqayıt Dövlət Universiteti və Bayburt Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənəd tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, konfranslar və təcrübə proqramlarını əhatə edir.

Anlaşma memorandumunun imzalanmasından sonra qonaqlar universitetin kampusu ilə tanış olublar, SDU-nun maddi-texniki bazası, laboratoriyaları və tədris binaları barədə məlumat alıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
29 oktyabr 2026, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Oxşar xəbərlər