top
 Sentyabr şəhidlərinin anım günüdür
11 sentyabr 2025, 23:16
- +

 Sentyabr şəhidlərinin anım günüdür

Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatdan 3 il ötür.

Sumqayit24.az xəbər verir ki, 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub.

Şəhadətə ucalanlardan 5 nəfəri Sumqayıt şəhəri, Saray və Ceyranbatan qəsəbə sakini olub:

Kapitan Fərid Mehbalı 18 yanvar 1994-cü ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey də oxuyub. Təhsilini bitidikdən sonra Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub.

Fərid erməni təxribatının qarşısını alarkən Zəngilanda şəhid olub. Yaşadığı H.Z. Tağıyev qəsəbəsində keçirilən vida mərasimində sonra, onun cənazəsi II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, evli idi. Ayan və Aylin adlı qızları Vətənə əmanət qalıblar.

Prezident İlham Əliyev şəhidimizi “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görüb.

***

Leytenant Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində dünyaya gəlib. Sumqayıt Dövlət Universitetini (SDU) bitirib. Ailəli idi. Cahid adlı oğlu və İnci adlı qızı var.

Elnur Səmədov Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Buna görə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun leytenantı olan Elnur Səmədov 12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.

Baş leytenant Hüseyn Nəcəfzadə də Vətəni düşməndən qoruyarkən şəhadətə ucalıb.

***

Hüseyn 11 oktyabr 1997-ci ildə Saray qəsəbəsində doğulub. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-ci ildə ali hərbi təhsilini başa vurub.

Nəcəfzadə Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

O, müharibədən sonra “baş leytenant” rütbəsi alıb, Quru Qoşunlarının “Komando” Briqadasının tərkibinə daxil olaraq hərbi xidmətini bu briqadada davam etdirirdi.

Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ertəsi gün nəşi doğulduğu Saray qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.

Prezidenti İlham Əliyev onu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif edib.

Qeyd edək ki, Hüseyn ailə qurmağa hazırlaşırdı. O, ölümündən bir neçə saat əvvəl nişanlısı ilə əlaqə saxlayıb. Atlas Nəcəfzadə həmin söhbəti belə xatırlayır:

“Şəhid olmamışdan bir gün əvvəl mənə görüntülü zəng etmişdi. Nəzərlərini bir nöqtəyə zilləmişdi. Niyə belə durduğunu soruşdum. Gözləri doldu, başının üstündə asdığı bayrağa baxıb dedi ki, “mənə bir gün nəsə olsa, pis olma, Vətən sağ olsun”

***

Təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradov da Sumqayıt sakini idi. O, 24 avqust 2003-cü ildə dünyaya gəlib. Sumqayıt şəhər 29 saylı məktəbi bitirib.

Əsgər Bəxtiyar Muradov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcərdə həlak olub. Ölümündən sonra bəxtiyar “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Sonra ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində məskunlaşıb. 2008-2019-cu illərdə Ceyranbatan qəsəbə 2 saylı məktəbdə təhsil alıb. Subay idi.

Əsgər Nicat Qarazadə 2022-ci il sentyabrın 16-da Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək həlak olub. Bir gün sonra nəşi yaşadığı Ceyranbatan qəsəbəsinə gətirilib və sonra II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Nicat ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah hər bir şəhidimizə rəhmət eləsin!

Son xəbərlər

Cəmiyyət
Dünən, 19:07

"300 metr yolu asfaltlamağa vəsait yoxdur?" - ŞİKAYƏT

Cəmiyyət
Dünən, 18:30

Marketdən avtobus dayanacağı kimi istifadə edən sumqayıtlılar

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda eksternat imtahanı keçiriləcək

İdman
Dünən, 17:00

"Qarabağ"ın Çempionlar Liqasının qalibi olmaq şansı dəyərləndirilib

Bütün xəbərlər
Dünən, 16:20

İctimai Şuranın üzvləri SDU-da imtahanları izləyiblər

Cəmiyyət
Dünən, 15:38

Sumqayıtda hava çiskinli olacaq

Cəmiyyət
Dünən, 15:03

Sumqayıtda qısaqapanma partlayışa səbəb olub

İdman
Dünən, 14:53

"Sumqayıt" məşhur futbolçunu almaq istəyir

Cəmiyyət
Dünən, 14:10

Fərid Qayıbov sumqayıtlılarla görüş keçirib

Cəmiyyət
Dünən, 13:29

Çinlilər Sumqayıtda "Şanxay" adlı  yeni şəhərcik quracaq

Bütün xəbərlər
Dünən, 12:47

Milli Qəhrəmanın adına yaraşmayan küçə…

Cəmiyyət
Dünən, 12:05

Yer kürəsində maqnit qasırğası başlayıb

Bütün xəbərlər
Dünən, 11:22

Sumqayıtda köhnə səkilər tarixə qovuşur

Cəmiyyət
Dünən, 10:40

Motosiklet qəzalarında ölənlərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 09:58

Ekspres qatarda yaranan problemlə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:14

Sumqayıtda 40 ilin müəllimi vəfat edib

Bütün xəbərlər
22 yanvar 2026, 20:00

Sumqayıt taksisi Bakıya gedə bilərmi?

Cəmiyyət
22 yanvar 2026, 19:19

Sumqayıtda gecə şaxta olacaq

Bütün xəbərlər
22 yanvar 2026, 18:46

"Neftçi"yə gəlməyən futbolçu "Sumqayıt"a keçir

Bütün xəbərlər
22 yanvar 2026, 18:30

"Sumqayıt"ın oyunu bu hakimlərə tapşırıldı

Cəmiyyət
22 yanvar 2026, 17:55

Sumqayıtda şəhərlərarası avtobuslar yenilənə bilər

Cəmiyyət
22 yanvar 2026, 17:14

Sumqayıtda niyə dəm qazı kabusu bitmir - SƏBƏB açıqlandı

Bütün xəbərlər
22 yanvar 2026, 16:30

Sumqayıtda buraxılış və qəbul imtahanları keçiriləcək

Cəmiyyət
22 yanvar 2026, 15:47

Bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək

Oxşar xəbərlər