Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbdə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş təşkil olunub. Bu haqda 14 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Toplantı şəhər üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair keçirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən baş tutan yığıncaqda prosesə cəlb olunan təhsilverənlərə sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib. Görüş müddətində dinləyiciləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.