top
Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR?
07 sentyabr 2024, 00:00
- +

Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR?

Son zamanlar Azərbaycanda skuterlərə maraq artıb. Maraq artdıqca da tələbat çoxalır, nəticədə yeni növ nəqliyyat vasitəsinin qəzalarına şahid oluruq.

Bəs görəsən, bu günə qədər neçə skuter sürəni avtomobil vurub? Ümumiyyətlə, skuter sürənlərlə bağlı cərimələr tətbiq olunurmu?

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı Oxu.az-ın sorğusunu cavablayıb.

O, İnzibati Xətalar Məcəlləsində (İXM) velosiped sürənlər, moped idarə edən şəxslər, o cümlədən "Yol hərəkəti haqqında" Qanununa yeni əlavə edilmiş kiçik elektrikli nəqliyyat vasitələrini (skuter) idarə edən şəxslərə də qanunun şamil edildiyini bildirib:

"İXM-nin 338.4-1 maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına - yəni işıqforun və nizamlayıcıların işarələrinə riayət edilməməsinə, sərnişin və ya nəqliyyat vasitəsinin idarəetməsinə mane olan yüklərin daşınmasına, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına, nasaz ikitərəfli nəqliyyat vasitəsini idarəetməyə, sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə, piyadaların hərəkətinə maneə yaradılmasına, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə 40 manat məbləğində cərimə edilir".

M. Ağayev qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun sadalanan maddələri üzrə cari ilin 8 ayı ərzində 1864 qayda pozuntusu qeydə alınıb və sənədləşdirilib:

"Şəhər mobilliyinin və piyadayönümlü şəhər konsepsiyasının prioritet olması ikitəkərli nəqliyyat vasitələrinə tələbatı artırır. Bununla bağlı paytaxtda yol hərəkətinin təşkilində bəzi dəyişikliklər edilir, infrastruktur yaradılır. Ancaq bu inkişaf sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərdə hüquq və vəzifə də formalaşdırır. Baş Dövlət Yol Polisi İdarəsi olaraq ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağmlıqlarını təhlükəyə atmasınlar".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Bu gün, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Bu gün, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Bu gün, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Bu gün, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Bu gün, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Bu gün, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Bu gün, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Bu gün, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Bu gün, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Bu gün, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Bu gün, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər