"Stansiya Sumqayıt" yaşayış massivində yarımçıq qalan təmir işləri ilə bağlı şikayət var.
Sumqayit24.az-a müraciət edən sakinlərin iddiasına görə, Şəfəq qəsəbəsində, sakinlər arasında "Qaçqınlar şəhərciyi" kimi tanınan ərazidə bir müddət əvvəl su basma hadisəsi baş verib.
Şikayətçilərin məlumatına əsasən, aidiyyəti qurum əraziyə baxış keçirərək müəyyən təmir işləri aparıb. Lakin işlər bitdikdən sonra ərazi əvvəlki vəziyyətinə qaytarılmayıb.
Qeyd olunub ki, yaranmış vəziyyət həm ərazinin görüntüsünü korlayır, həm də zibil qutularının əvvəlki yerlərindən götürülərək yol kənarına qoyulmasına səbəb olub.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və işlərin yekunlaşdırılmasını tələb edirlər.