Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda 28 iyun tarixində Sumqayıt24 məlumat verir.
Hadisə ötən gün, axşam saatlarında “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb. Yanğın zamanı 20-dən çox sakin təxliyə olunub, çox sayda sakin tüstüdən zəhərlənib.
Alov əraziyə cəlb olunan FHN-in əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.