Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşı Tahir Nəzərov mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, STM-in informasiya texnologiyaları üzrə mütəxəssisi T. Nəzərov imtahanda yüksək nəticə göstərərək TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC tərəfindən tibb müəssisələrinin informasiya texnologiyaları (İT) sahəsində çalışan əməkdaşlarının bilik səviyyələrinin yoxlanılması məqsədilə imtahanlar keçirilib. İmtahanlarda 139 əməkdaş iştirak edib.