STP Şirkətlər Qrupuna qonaq gələn İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri üçün təlim keçirilib. Bu haqda bu gün, 19 iyul tarixində Sumqayıt24 STP-yə istinadən xəbər verir.
Məlumata əsasən, İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid və 10-a yaxın səfirlik nümayəndəsi STP Şirkətlər Qrupunu ziyarət ediblər. Burada qonaqlara SƏTƏM təlimi keçirilib.
Sonra "STP Global Cable" şirkətinin istehsal sahələri ziyarət edilib. Ziyarətçilərə istehsal prosesi və avadanlıqlar haqqında ətraflı məlumat verilib.