“STP Global Cable” şirkəti beynəlxalq sərgidə iştirak edir. Bu haqda 16 aprel tarixində Sumqayıt24 xəbər verir.
3 gün davam edən Beynəlxalq Boru Kəməri Materialları sərgisi Almaniyanın Düsseldorf şəhərində təşkil olunub. STP Şirkətlər Qrupuna daxil “STP Global Cable” sərgiyə ilk dəfə olaraq qatılıb. Burada kabel sənayesi üzrə 1300-dən çox şirkət məhsul və xidmətlərini nümayiş etdirir.