Sumqayıt şəhərində müxtəlif vaxtlarda mobil telefonları oğurlayan şəxs tutulub. Sumqayıt24 bu haqda 25 mart tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
ŞPİ 4-cü Polis Bölməsi əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə 3 qadının telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Nəcəfov saxlanılıb. Məlum olub ki, o, əvvəllər də məhkum olunmuşdur.
Araşdırma aparılır.