G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtın “SUMbuilders” robototexnika komandası 2022-ci ildə möhtəşəm uğurlar əldə edib. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hələ tam 2 ildir fəaliyyət göstərən, amma təcrübəli və bacarıqlı təlimçi, mentor və üzvləri sayəsində cari il ərzində uğurlar əldə edən komandanın qazandığı nəticələrin statistikasını aşağıda təqdim edirik:
- “Sabahın alimləri” 11-ci Respublika Müsabiqəsi - 2-ci və 3-cü yerlər (5 finalçı komanda);
- Teknofest Azərbaycan - 1-ci və 3-cü yer (10 finalçı komanda);
- INTOC 2022 (International Online Competition) beynəlxalq elm layihələri müsabiqəsi - 3-cü yer (dünya üzrə);
- Teknofest Efficiency Challenge Elektrikli Avtomobil Yarışları - “Tanıtım ve Yaygınlaştırma Ödülü”;
- Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi - 2-ci yer;
- Mentor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib;
- Avrasiya Bacarıq Müsabiqəsi (Eurasian Skills Competition) - 2-ci yer (dünya üzrə);
- “Gələcəyin mühəndisi” 4-cü Respublika müsabiqəsi - 1-ci yer; Beynəlxalq STEAM Azərbaycan Festivalı - “Ən Yaxşıların Yaxşısı”, “Think Award”, “Design Award”, “Innovation Award”, 1-ci, 2-ci və 3-cü yerlər (toplam 25 qalib).