"ASAN xidmət"in elan etdiyi tenderin qalibi müəyyən olub. Bu barədə bu gün, 13 noyabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Tenderin qalibi "İtsol" MMC elan edilib. Qalib şirkətlə 1.977.013 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tender tikilməkdə olan Sumqayıt yeni "ASAN xidmət" mərkəzinin informasiya texnologiyaları (kompyüter və digər texniki avadanlıqlar) avadanlıqlarının satın alınması ilə bağlı elan olunmuşdur.