Sumqayıt şəhərində 23 nömrəli tam orta məktəb təmir olunur. Bu haqda bu gün, 1 oktyabr tarixində Sumqayıt24-ün müxbiri məlumat verib.
9-cu mikrorayonda yerləşən məktəbdə təmir işləri artıq bir aydan çoxdur ki, davam edir. Təmir-bərpa işləri zamanı məktəb binasının tavanı və fasadı yenidən qurulur, həmçinin pəncərələr dəyişdirilir.
Bundan əvvəl, 9 sentyabr tarixində Sumqayıtda 1 saylı məktəbdə yenidənqurma işləri yekunlaşmışdır.
Foto Sumqayıt24