Sumqayıtda 65 yaşlı kişi liftin boşluğuna düşərək ölüb. Bu haqda Xeberle.com xəbər yayıb.
Məlumata əsasən, bədbəxt hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisəsində baş verib. Həmin müəssisənin əməkdaşı Vaqif Əlverdiyev binanın 4-cü mərtəbəsində lifti gözləyib, lakin liftin qapısı açılanda orada boşluq olduğu üçün o yıxılıb.
Əməkdaşın cansız bədəni müayinə üçün aidiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma başlanılıb.