Sumqayıt-Bakı sürətli qatarların hərəkətində yenidən ləngimələr olub. Bu barədə bu gün, 16 noyabr tarixində Oxu.Az məlumat yayıb.
Sumqayıtdan 07:45-də yola düşən qatar 08:25-də Bakıya çatmalı idi. Hava şəraiti ilə əlaqədar qatar 14 dəqiqə gec gəlib.
Bu səbəb digər qatarlarının intervalına da təsir edib.
Daha öncə, 11 noyabr tarixində qatarlarda ləngimə müşahidə edilmişdir.