Sumqayıtda koronavirus xəstəsi avtomobildə aşkar edildi. Bu haqda Xeberle.com xəbər yayıb.
Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yaşayan 34 yaşlı Oktay Məmmədovun koronavirus testi pozitiv çıxsada o, yaşayış yerini tərk edib və qəsəbə ərazisində "Nissan X-Trail" markalı avtomobillə hərəkət edib. Bu səbəbdən, Məmmədov əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.
Nəticədə o, yaşadığı ünvana geri aparılıb və faktla bağlı polis idarəsində araşdırma başlanılıb.