Sumqayıtda yaradılmış Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları qazilərimizi növbəti dəfə ziyarət ediblər.
Bu səfər onlar qazi Aydın Həsənovun evində olublar. Onun səhhəti və müalicələrinin gedişi ilə maraqlanıblar. Həmçinin, "Yaşat fondu" özəl xəstəxanaların birində əməliyyat olunmasını öz üzərinə götürdü.
Sülhməramlı qüvvələrin hərbçisi olan qazimiz “Vətən müharibəsi” zamanı Füzuli, Cəbrayıl və Qubadlıda, qızğın döyüşlər gedən nöqtələrdə cəsarətlə vurüşüb. O, 21 oktyabr tarixində Qubadlı istiqamətində vuruşarkən qəlpə yaraları alaraq xəstəxanaya yerləşdirilib və artıq bir neçə dəfə əməliyyat olunub.