Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun qurduğu səhnə Biləsuvar Şəhər Mədəniyyət Evinin səhnəsində canlandırıldı. Bu haqda AZƏRTAC məlumat yayıb.
İctimai inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun pozucu təsiri kəskin tənqid olunduğu səhnə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları tərəfindən nümayiş olundu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun icra strukturları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri tamaşanı böyük maraqla izləyiblər.
Foto Azərtag.az