Sumqayıt Dövlət Rəsm Qalereyasında “Sumqayıt narkomaniyaya yox deyir” adlı rəsm sərgisi keçirilib. Bu barədə bu gün, 6 dekabr tarixində AZƏRTAC məlumat yayıb.
Sərgini keçirməkdə məqsəd yeniyetmə və gəncləri narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaqdır. Rəssamlar öz əsərlərində narkomaniyanın törətdiyi fəsadları nümayiş etdiriblər. Tədbirin sonunda rəssamlara sertifikatlar təqdim edilib.
Sərginin təşkilatçıları şəhər Gənclər və İdman Baş İdarəsidir.