Sumqayıt şəhər sakini Quba rayonunda oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə bu gün, 9 noyabr tarixində AZƏRTAC məlumat yayıb.
Hadisə Barlı kəndi ərazisində baş verib. 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari tutulub.
Faktla bağlı araşdırma aparılır.