Sumqayıtda yeni "Bravo"nun tikilişi yekunlaşmaqdadır. Bu haqda Sumqayıt24-ə məlumat daxil olub.
Sumqayıtın ən böyük supermarketi olacaq "Bravo" Zülfü Hacıyev və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində, 9-cu mikrorayon ərazisində inşa olunub. Burada "KFC", "Miniso" fəaliyyət göstərəcək. Tikilişinə 2020-ci ilin iyul ayında start verilmiş supermarketdə artıq açılışa hazırlıq işləri aparılır.
Verilən məlumata əsasən açılış mərasiminin 23 sentyabr tarixində keçirilməsi planlaşdırılır.
Foto Sumqayıt24
Foto Sumqayıt24