Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinin bir hissəsində işıq dirəkləri işləmir. Bu məsələ sosial şəbəkələrdə müzakirə olunur. Sumqayıt24-ün müxbiri sözügedən ərazidə olub.
Beləliklə, qəsəbənin Fərrux Qayibov küçəsində axşam saatlarında yalnız 1 dirək işlək vəziyyətdə olur, digərləri isə yararsız haldadır. Günün qaranlıq vaxtında sakinlər bu yolla getməkdə çətinlik çəkirlər.
"Yolun işığı yanmır, qaranlıq olur. Yol getmək olmur. Qaranlıqda stolbaların biri yanar ya yanmaz",- sakinlər tərəfindən sosial şəbəkədə yazılan rəylərdən biri.
"Axşam bu küçə çox qaranlıq olur, sakinlər çəkinir bu yolla getməkdən. Dirəklərdən ancaq biri yanır. Elə gün olur ki heç o da yanmır. Çox istəyərdik ki işıq çəkilsin bu küçəyə",- yerli sakin redaksiyamıza bildirib.