Sumqayıtda Səməd Vurğun küçəsində (Kotec) yerli sakinlər antisanitar vəziyyətdən narazıdırlar. Bu haqda Sumqayıt24-ə məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, uzun illərdir ki buradan çirkab (kanalizasiya) sular ərazidən axır. Ətrafa yayılan xoşagəlməz qoxu insanları narahat edir. Xüsusən yay fəsili zamanı bu vəziyyət dözülməz olur. Həmçinin, çirkab suların bir hissəsi Xəzər dənizinə axıdılır, bu isə ekologiyaya ziyan yetirir.
"Uşaqlığdan bu ərazidən açıq şəkildə çirkab sular axıdılır. Oradan gələn pis qoxu burada yaşayanları çox narahat edir. Xahiş edirik bu problem həll olunsun",-sakinlərdən biri bildirib.