Sumqayıt sakini Qax rayonu ərazisində qəza törədib. Bu haqda APA məlumat yayıb.
Hadisə Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində baş verib. 41 yaşlı İnşaatçılar qəsəbə sakini Mayılov Mənsur idarə etdiyi “Toyota Avalon” markalı avtomobil onunla eyni istiqamətdə hərəkət edən “VAZ-21043” markalı avtomobilə çırpılıb.
Məlum olub ki, 33 yaşlı Qax sakini Abbasov Nicatın idarə etdiyi “VAZ-21043” sol orta hissəsindən vurulub.
Qəza nəticəsində “Toyota Avalon” markalı avtomobilin 37 yaşlı ucarlı sərnişini Anar Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.