Sumqayıt şəhər sakini narkotik maddə qəbul etdiyinə görə cərimələnib. Bu barədə bu gün, 10 noyabr tarixində Oxu.az məlumat yayıb.
Noyabrın 8-də saat 12:00 radələrində Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən Yol Patrul Xidmətinin postunda M.Əhmədovun idarə etdiyi avtomobil saxlanılmışdır. Polis əməkdaşları onun narkotik vasitə qəbul etməsindən şübhə edib, tibbi müayinədən keçirmişdilər.Nəticədə Əhmədovun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir.
M.Əhmədov Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.