Paytaxtda mopeddən oğurluq edən Sumqayıt sakini saxlanılıb. Bu haqda bu gün, 19 noyabr tarixində AZƏRTAC məlumat yayıb.
Sumqayıt şəhər sakini 14 noyabr tarixində Ə. Rəcəbliyə məxsus mopeddən oğurluq etməkdə şübhəli bilinir. Məlumata əsasən, o min manat məbləğində pul, şəxsiyyət vəsiqəsi və 130 manat dəyərində dəbilqə olan çantanı oğurlayıb.
Faktla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.