Sumqayıt şəhər sakinləri dənizdə köməksiz vəziyyətdə qalıblar. Bu haqda bu gün, 23 noyabr tarixində "Report" məlumat yayıb.
Hadisə sahildən təqribən 6 kilometr aralıqda qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin tədbirlər nəticəsində H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas ediliblər. Onların balıqçı qayığının mühərriyində nasazlıq yaranıb.