Sumqayıtda ailə quran cütlüklərin yarısı boşanır. Bu barədə statistikanı Xeberle.com yayıb.
İctimaiyyətə təqdim olunan statistik göstəricilərə əsasən, 2021-cı ilin yanvar-sentyabr ayları ərzində şəhərimizdə fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən 957 nikah rəsmilləşdirilib. Qeydə alınan boşanma faktlarının sayı isə 467 olub.
Beləliklə, boşanmalar qeydə alınan rəsmi nikahların 49% təşkil edib.